15 Fevral 2021 12:36
2 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyata keçirdiyi kadr dəyişikliyi anti-korrupsiya siyasəti şurasının tərkibinə təsir göstərib.

Teleqraf.com xəbər verir ki, Paşinyan Korrupsiyaya Qarşı Mübarizə Siyasəti Şurasının tərkibinə ciddi dəyişiklik edib.

Qərar hökumətdəki kadr dəyişikliyi, habelə insan hüquqları və ictimai işlər üzrə parlament komissiyası rəhbərinin dəyişməsindən sonra qəbul olunub.

Yeni qərara görə. əvvəllər bu vəzifəni tutan Eduard Aqhanyanın əvəzinə baş nazirin ofisinin rəhbəri Arsen Torosyan təyin edilib.

Sabiq ədliyyə nazirinin müavini Srbui Qalyanın yerini Armen Ovanisyan tutub. Həmçinin Kassasiya Məhkəməsinin keçmiş sədri Yervand Khundkaryanın isə yerinə Tadevosyan gətirilib.

“Çiçəklənən Ermənistan” Partiyasının parlament fraksiyanın nümayəndəsi Naira Zohrabyan insan hüquqları üzrə parlament komissiyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb və şuradan xaric edilib.

Siyasi analitiklər hesab edirlər ki, Nikol Paşinyan hökumətinin ən ciddi uğurlarından biri korrupsiyaya qarşı mübarizədir. Məhz bu amil müxalifətin satqın adlandırdığı Paşinyan hökumətinə qarşı xalqın ayaqlanmasına imkan vermir. Görünən budur ki, erməni hökuməti bu sahəyə diqqətini daha da artıracaq.


Müəllif: Cavad

Oxşar xəbərlər