“Ermənistan Baş naziri Nikol Paşinyan Seçki Məcəlləsi dəyişdirilənə qədər erkən parlament seçkiləri keçirmək niyyətində deyil”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, hakimiyyət orqanları artıq Seçki Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanun layihəsini Avropa Şurasının Venesiya Komissiyasına göndəriblər:
“Əldə etdiyimiz məlumata görə, komissiya mart ayında bir iclas keçirəcək və burada hər ehtimala görə Ermənistanın Seçki Məcəlləsinə dəyişikliklər müzakirə olunacaq və Avropa strukturu öz mövqeyini təqdim edəcək.
Hakimiyyət yazın sonuna qədər razılaşdırılmış Seçki Məcəlləsini müzakirə edib qəbul etmək niyyətindədir, buna görə də tələsirlər”.