19 Fevral 2021 17:47
3 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

13:50

Hamımız birlikdə, bir yumruq halına gələrək fevralın 20-də, saat 15:00-da Azadlıq meydanına gedirik.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın keçmiş müdafiə naziri, hərbi cani Seyran Ohanyan özünün Feysbuk səhifəsində yazaraq hamını sabah erməni müxalifətinin keçirəcəyi aksiyaya dəvət edib.

O bəyan edib ki, kapitulyator-Nikol Paşinyan ölkəni məhvə doğru aparır: “Birləşməli, dövlətimizin, xalqımızın və doğma “torpaqlarınızın” müdafiəsi üçün ayağa qalxmalıyıq”.

Xatırladaq ki, sabah İrəvanın Azadlıq meydanında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə ümumerməni mitinqi keçiriləcək.

Seyran Ohanyandan əvvəl Robert Köçəryan da xalqı mitinqə çağıran bəyanat yayıb.

Ekspertlər isə hesab edirlər ki, müxalifətdə olan “Qarabağ klanı"nın erməni xalqının əhəmiyyətli dəstəyini əldə etməsi imkansızdır.


Müəllif: Cavad