23 Fevral 2021 08:05
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müxalif "Vətənin qurtuluşu Hərəkatı" Yerevanın mərkəzindəki “Fransa” meydanında etiraz aksiyasını davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bu gün saat 11:30-da baş nazir Nikol Paşinyan hökumət binasının 3-cü korpusuna gələcək.

"Bu zaman müxalifət girişləri bloklayacaq və onu binaya buraxmayacaq. Axşam isə mitinq davam etdiriləcək", - hərəkatın nümayəndəsi İşxan Saqatelyan bildirib.

Ötən gün Yerevanda Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyasında bir neçə min insan iştirak edib. Müxalifət tərəfdarları dövlət əleyhinə şüarlar oxuyaraq Yerevanın küçələri ilə yürüş təşkil ediblər.

Qeyd edək ki, Ermənistanda 10 noyabrdan Paşinyanın istefasına çağırış tələbləri ilə etiraz aksiyaları səngimir. Müxalifət onu Qarabağ müharibəsindəki məğlubiyyətdə ittiham edir. Paşinyan habelə ölkədəki iqtisadi və sosial problemlərdə günahlandırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər