İrəvanda Ermənistan parlamentinin qarşısında növbəti etiraz aksiyası başlayıb.
Teleqraf.com xəbər verir ki, Baqramyan prospektinə 3 minədək şəxs toplaşıb.
Etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Parlament ətrafına polis qüvvələri cəlb olunub.
Qeyd edək ki, ötən gün etiraz aksiyası zamanı iğtiaşlar yaşanıb. Etirazçılar gecəni çadırlarda keçirib.