20 Mart 2021 18:50
1 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyəti xəyanətkardır, minlərlə gənc əsgərin ölümündən o, məsuliyyət daşıyır”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş deputatı Ruben Ayrapetyan deyib.

“Bütöv bir nəsli itirdik. Bu oğlanlara görə gecə ağlayıram. 20 il ərzində doğum nisbətində böyük bir azalma yaşayacağıq. Bütün bu nəticələri necə aradan qaldıracağıq?” - Ayrapetyan bildirib.

O, Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanı da “xəyanət”də ittiham edib:

“Serj Sərkisyan və Robert Köçəryan Qarabağa getdilər, amma Araik Arutyunyan onlarla görüşməkdən imtina etdi. Bunu da Nikolu incitməmək üçün etdi. Bu gün Ermənistanda Dağlıq Qarabağ heç kimi maraqlandırmır”.

O, Azərbaycanla müharibədə Şuşanın müdafiəsinin təşkil olunmadığını iddia edib: “Biz hələ də Şuşanın müdafiəsinə kimin rəhbərlik etdiyini bilmirik”.

Ayrapetyan Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla gizli anlaşmalar imzaladığını da iddia edib: “İnanıram ki, Paşinyan başqa sənədlərə də imza atıb, amma indi bununla bağlı açıqlama verməkdən qorxur”.

Xatırladaq ki, Ermənistanın İstintaq Komitəsi əvvəllər Ayrapetyana cinayət işi açıb. O, özbaşınalıq, qəsdən və qanunsuz olaraq şəxsi azadlığından məhrum etməkdə ittiham olunur. Keçmiş millət vəkili və iş adamı bir neçə digər cinayət işində ittiham edilir. Buna görə Ermənistanda axtarışa verilib. O, hazırda Rusiyadadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər