3 Aprel 2021 18:05
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan prezidenti ilə görüşlər ənənəvi xarakter daşıyır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında deyib.

“Siyasi dialoqumuz intensivliyini itirməyib, düşünürəm ki itirməyəcək. Prezidentlə görüşüm ənənəvidir, ikitərəfli münasibətləri yoxlamaq, qiymətləndirmələr aparmaq üçün vaxtaşırı görüşürük”, - səfir vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan prezidentinin vəziyyəti necə qiymətləndirdiyini bilmək maraqlıdır: “Bu normal əlaqədir və müntəzəm xarakter daşıyır”.

Kopırkın Sərkisyanın “Rusiya ilə münasibətlər üçün yeni yol xəritəsinin hazırlanması zərurəti” ilə bağlı açıqlamasına da toxunub: “Mənim üçün daha təfərrüatlı danışmaq çətindir, çünki bu yol xəritəsində nələrin ola biləcəyi barədə daha ətraflı məlumata malik deyiləm”.

Ermənistan Prezidenti Armen Sərkisyan aprelin 2-də Rusiyanın bu ölkədəki səfiri ilə görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər