14 Aprel 2021 13:33
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İrəvanın mərkəzində qətl hadisəsi baş verib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, ictimai nəqliyyat xəttində işləyən “Qazel” markalı avtobusda cəsəd olmasına dair polisə məlumat verilib.

İrəvan polis rəisi Sevan Köçəryan və müavinləri dərhal hadisə yerinə gəliblər.

Dərhal əməliyyat-axtarış istintaq qrupu yaradılıb, cinayət işi açılıb.

Hadisənin şahidləri bildirib ki, avtobusda sərnişinlərdən biri digərindən qoruyucu maska taxmağı tələb edib. Bu zaman mübahsə düşüb və sonuncu ondan maska tələb edən şəxsi bıçaqlayaraq hadisə yerini tərk edib.


Müəllif: Cavad

Oxşar xəbərlər