13 May 2021 15:30
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda keçirilən hökumətin iclasından sonra Təhlükəsizlik Şurasının toplantısı olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin iclasında bəyan edib.

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan bu dəqiqələrdə hökumətin binasına daxil olub. O, erməni jurnalistlərin suallarını cavablandırmayıb. Əlavə edək ki, bu gün hökumətin iclasında Nikol Paşinyan Azərbaycan həbçilərinin sərhədləri müəyyənləşdirmək və nəzarət altına almaq məqsədilə Qara göl istiqamətində hərəkət etməsini “qanunsuz” olduğunu iddia edib. Gözlənilir ki, Təhlükəsizlik Şurasının iclasında bu məsələ müzakirə edilsin.


Müəllif: Cavad