15 May 2021 15:45
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda yerləşən “Metsamor” AES öz fəaliyyətini 141 gün müddətinə dayandırıb - bu, layihənin başlanğıcından bəri ən uzun planlı təmir işidir.

Teleqraf.com xəbər verir ki, AES-in mətbuat xidməti belə uzunmüddətli fasilənin stansiyanın ikinci enerji blokunun modernləşdirilməsi üzrə vacib işlə əlaqələndirib.

Əsas profilaktik təmir stansiyanın zavodun modernləşdirilməsi və müddətinin uzadılması layihəsi çərçivəsində bu gündən başlayıb. Modernləşdirmə müqaviləsi üzrə işlərin təşkili”Rosatom” dövlət korporasiyasının elektroenergetik divizionu olan “Rusatom Servis” Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.

Təmirdən sonra AES-in istismar müddəti ən azı 2026-cı ilə qədər uzadılacaq.

Stansiyanın təmiri ilə Rusiya, Belarus, Xorvatiya, Çexiya, Slovakiya, Ukrayna və digər ölkələrdən 400 təcrübəli nüvə mütəxəssisinin məşğul olacağı bildirilib.


Müəllif: Səxavət