4 İyun 2021 17:53
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni “qanuni oğru” Vitali Avdiyan Çexiyada saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Praym kraym” xəbəri portalı məlumat yayıb.

“Qanuni oğru”nun Karlovı Varidə saxlanıldığı bildirilib.

51 yaşlı Avdiyanın Ermənistanın müraciəti ilə İnterpol tərəfindən beynəlxalq axtarışa verilmişdi.

Avdiyanın Karlovı Varidə saxta sənədlərlə kirayədə qaldığı xüsusi evdə yaşayıb. Avdiyanın olduğu yer polisinin əməliyyat fəaliyyəti nəticəsində müəyyən edilib. Onun bir müddət əvvəl Fransadan Çexiyaya gəldiyi bildirilib.

Vitali Avdiyanın Ermənistana deportasiya ediləcəyi gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər