9 İyun 2021 11:17
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələrinin iki hərbi hissə komandiri ilə bağlı araşdırma aparılır.

Teleqraf.com bildirir ki, bu barədə erməni mediası ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Məlumata görə, polkovnik A.Tadevosyan və A. Gevorkyana qarşı rəsmi araşdırma işləri aparılır. Qeyd edilib ki, “Hərbi xidmət və hərbi qulluqçu statusu” haqqında qanuna əsasən hər iki polkovnik işindən kənarlaşdırılıb.

Mehri bələdiyyəsinin sədri M.Zakaryan erməni mətbuatına deyib ki, hər iki polkovnik siyasi səbəblərdən ordudan uzaqlaşdırılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər