“Sünik bölgəsinin (Zəngəzur) Gorus-Qafan-Çakaten-Şikaox-Mehri yolunun təhlükəsizliyi haqda düşünməliyik”.
Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Tiqran Abramyan deyib.
“Bu yolun bir hissəsi qarşılıqlı anlaşma nəticəsində Azərbaycanın nəzarətinə keçib. Bu, kifayət qədər böyük bir hissədir. Amma Azərbaycan ordusu istənilən vaxt digər hissələrə də nəzarəti təmin etmək imkanına malikdir”, - Abramyan bildirib.