16 İyun 2021 14:19
11 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtında Azərbaycan dilində danışan insanlar peyda olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın yaydığı məlumatda bildirilib.

Məsələnin sosial şəbəkələrdə yayılmasından sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda təhlükəsizlik xidmətinin paytaxtda operativ-axtarış tədbirləri həyata keçirdiyi bildirilib.

Hələlik axtarışların nəticə vermədiyi deyilib.

Mənbənin iddiasına görə, bir sıra hallarda şəhərin küçələri və insanların çox olduğu yerlərdə Ermənistan vətəndaşları da Azərbaycan dilində danışırlar. Qeyd edilib ki, bundan əvvəl bəzi hallarda Azərbaycan dili Azərbaycandan olan ermənilər tərəfindən istifadə edildiyi müəyyən edilib. İndi isə təhlükəsizlik xidmətinin Azərbaycan dilində danışan şəxslərin kimliyini aydınlaşdırmaq üçün axtarışlara başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu