5 İyul 2021 12:39
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 3-də Batumidə ermənilər və azərbaycanlılar arasında mübahisə düşüb və nəticədə Martunik Ustyan adlı erməni qarın nahiyyəsindən bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, belə iddia ilə erməni mediası çıxış edib.

Bildirilir ki, hazırda həkimlər bıçaqlanan erməninin vəziyyətini sabit qiymətləndirir.

Erməni mediasının iddiasına görə, bir qrup azərbaycanlı erməni qrupuna yaxınlaşaraq “Qarabağ bizimdir, yoxsa sizindir?” sualını veriblər. Nəticədə tərəflər arasında mübahisə yaranıb.

Azərbaycanlılar haqqında guya mənfi imic yaratmağa çalışan erməni mediası hadisə ilə əlaqədar olaraq Gürcüstan hüquq mühafizə orqanlarını da ittiham edib. Bildirilib ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı heç bir rəsmi məlumat vermir.


Müəllif: Cavad

Oxşar xəbərlər