Armen Qriqoryan Ermənistan Xarici İşlər nazirinin birinci müavini təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumət saytında məlumat verilib.
Bununla da Nikol Paşinyan Xarici İşlər Nazirliyində hökm sürən böhranın aradan qaldırılması üçün ilk addım atıb. Uzun müddət idi ki, Ermənistan xarici işlər naziri və onun müavinləri postu boş idi.
Ermənistan Xarici İşlər nazirinin birinci müavini təyin olunan Armen Qriqoryan buna qədər Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edib.