22 İyul 2021 13:24
3 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın eks-prezidenti Robert Köçəryan Avropa Birliyinin ölkəsinə 2.6 milyard avro ayırmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, birliyin Nikol Paşinyan hökumətinə vəd etdiyi maddi yardımı “geosiyasi hədəflərə hesablanmış qrant” adlandırıb.

Köçəryan bölgənin digər ölkələri ilə müqayisədə Ermənistana daha çox pulun ayrılıdığını deyib və bunun təsadüfi olmadığını iddia edib: “Avropa Birliyinin “Yeni qonşuluq” proqramı çərçivəsində Moldova, Ukrayna, Gürcüstan, Azərbaycan kimi digər ölkələrin aldığı məbləğləri müqayisə etməliyik, əhali nisbətini nəzərə alıb bunun proqramın bir hissəsi sayılıb-sayılmadığını və ya ortada xüsusi bir şeyin olub-olmadığını başa düşəcəyik.

İzahat budur ki, böhran, koronavirusla mübarizə şəraiti hökm sürür və s. Bunu normal hesab edirəm. Amma bunların hamısı hansı proqramların həyata keçirilməsindən, ölkənin inkişafına və ya Qərbin maraqlarının gücləndirilməsinə yönəldilməsindən asılıdır.

Verilən açıqlama da budur ki, pullar ölkənin iqtisadi inkişafına yönəldiləcək, amma siyasi çalarları olan proqramlar da var. Görürəm ki, bunu burada (Ermənistanda) “xüsusi münasibət” və ya Rusiyaya qarşı münasibət kimi təqdim etməyə cəhd olunur. Burada geosiyasi hədəflərin olduğu təəssüratı yaranır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər