Qarabağda Ermənistan ordusunun hərbçisi Parqev Markaryanın cəsədi aşkar olunub.
Teleqraf.com xəbər verir ki, əsgərin cəsədi iyulun 31-də tapılsa da, Ermənistanın aidiyyəti qurumları bu haqda yalnız bu gün məlumat yayıb.
Məlumata görə, Markaryan iyulun 29-da itkin düşüb.
Əsgərin cəsədi hərbi hissədən yarım kilometr aralıda, meşədə tapılıb. Hərbçinin sağ qolu qopmuş, bədəninin sinə və qarın nahiyəsində yaralı şəkildə aşkar edilib. İlkin məlumata görə, ölüm hadisəsi Markaryanın qanunsuz saxladığı qumbaranın partlaması nəticəsində baş verib.
Hərbi qulluqçunu intihara sürükləmək və qanunsuz sursat saxlamaq ittihamları üzrə cinayət işi başlanıb.