2021-ci ilin yanvar-avqust aylarında Ermənistanın istehlak bazarında illik inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi bildirib.
Bildirilib ki, yanvar-avqust aylarında istehlak qiymətlərində orta aylıq artım 0,4 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azdır.
Bütün şəhərlərdə istehlak qiymətləri avqust ayında iyul ayına nisbətən 0,2-0,6 faiz artıb. Xüsusilə, bu ilin yanvar-avqust aylarında ərzaq və alkoqolsuz məhsulların qiymətləri 2021-ci ilin iyul ayı ilə müqayisədə 15,1 faiz atıb. Alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 8 ay ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz bahalaşıb.
Qeyri-ərzaq bazarında 2021-ci ilin yanvar-avqust aylarında inflyasiya 9,4 faiz qeydə alınıb. Bu ilin avqust ayında iyul ayı ilə müqayisədə benzin və dizel yanacağının qiymətləri 2,2 faiz bahalaşıb.
Valyuta bazarlarında avqust ayında keçən ilin eyni dövrü və bir əvvəlki ayla müqayisədə erməni dramının ABŞ dollarına nisbətdə məzənnəsi müvafiq olaraq 0,4 fiz artıb. Orta hesablanmış məzənnə 2020 -ci illə müqayisədə (485.5 dram) 491.7 dram idi.
Qeyd edək ki, Statistika Komitəsinin təqdim etdiyi məlumatlar inflyasiyanın 2021-ci ilin yanvar-iyul aylarında illik 5.2 faiz artan ölkədə iqtisadi aktivlik göstəricilərinin mahiyyətcə “yeyildiyini” və sıfıra endirdiyini göstərir.