7 Sentyabr 2021 14:29
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş baş prokuroru saxlanılıb.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın keçmiş baş prokuroru və İstintaq Komitəsinin keçmiş sədri Aqvan Ovsepyan saxlanılıb.

Məlumata görə, sabiq baş prokuror ölkənin Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib.

18 mart 2004 -cü ildən 13 sentyabr 2013-cü ilədək Baş prokuror, 2014-cü ildən 2018-ci ilədək İstintaq Komitəsinin sədri vəzifəsini tutan Aqvan Ovsepyan bir sıra cinayətlərdə ittiham olunur.

O, 190 milyon dram rüşvət almaqda və fırıldaqçılıq yolu ilə 800 milyon dram oğurlamaqda da günahlandırılır.

Həmçinin Ovsepyan qanunsuz gəlirləri qanuniləşdirməkdə də təqsirli bilinir. Ona Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər