7 Sentyabr 2021 20:14
2 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın indiki hakimiyyəti Qarabağa olan iddiasından imtina edib.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Gevorq Gevorqyan deyib.

Ekspertin fikrincə, Qarabağ məsələsi Nikol Paşinyan hökumətini artıq maraqlandırmır.

Gevorqyan qeyd edib ki, hakimiyyət Qarabağa iddiasından imtina etdiyi üçün “müstəqillik günü” üçün Xankəndinə öz nümayəndələrini göndərməyib.

“Qarabağla bağlı məsələlər Ermənistanın indiki hakimiyyətini narahat etmir. Çünki ondan imtina edib”, - Gevorqyan deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər