Ermənistanda regionlarda yerli əhalinin problemləri ilə əlaqədar hökumətə qarşı etirazları müşahidə olunur.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Arazdəyən bölgəsinin bir neçə kəndinin sakinləri üzüm alqı-satqısı ilə bağlı problemlərinin həll edilmədiyi üçün İrəvan-Arazdəyən yolunu bağlayıb.
Etirazçılar baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.
Polis etirazçılar ilə danışıqlar aparır, lakin vətəndaşlar yolu açmaqdan imtina edirlər. Etirazçılar nə yerli rəhbərliyə, nə də iqtisadiyyat nazirinə inanmadıqlarını deyiblər.