“Ermənistan ordusunun maddi itkiləri təxminən 4 milyard dollar təşkil edib”.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu ekspert Edqar Qəzaryan söyləyib.
Ekspert bildirib ki, orta səviyyəli zabitlər arasında itkilər onların ümumi sayının təxminən 25 faizini təşkil edir.
“Heç kim bunun üçün məsuliyyət daşımır. Üstəlik, insanlar hökumət başçısının hərəkətlərinə haqq qazandırırlar. Heç kim ondan heç nə tələb etmir”, - Qəzaryan əlavə edib.