Erməni diasporunun iki mühüm şəxsi-Maral Termovesiyan və Çnund Kardanakyan öldürülüb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, hər iki erməni qadın Ümumerməni Xeyriyyə Təşkilatının fəal nümayəndələri olub.
Onların sentyabrın 17-də Hollandiyada öldüyü bildirilsə də, ölüm səbəbləri barədə ətraflı informasiya verilmir, qeyd edilir ki, qadınlar bıçaq zərbələri nəticəsində dünyasını dəyişiblər.
Ümumerməni Xeyriyyə Təşkilatı əlavə edib ki, hər iki qadın təşkiların şura üzvü olub.