19 Noyabr 2021 12:42
2 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

“44 günlük müharibədən bir il keçməsinə baxmayaraq, Ermənistan tərəfinin nə qədər qurbanı, əsir və itkin düşdüyü barədə rəsmi məlumat verilməyib. Dəqiq rəqəmlərin niyə hələ də təqdim edilməməsi başa düşülən deyil”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Qəzet Ermənistan ordusunun noyabrın 16-da sərhəddə Azərbaycanla qarşıdurmada da ciddi itki verdiyini bildirib:

“Ayın 16-da bir günlük qarşıdurma nəticəsində Ermənistan itki verib, amma bundan üç gün keçməsinə baxmayaraq, neçə hərbçimizin əsir düşdüyü, neçəsinin həlak olduğu bəlli deyil. İtkin düşənlərin isə çoxunun ölməsi haqda məlumat var. Rəsmi məlumatlara və ya dövlət adamlarının verdiyi rəqəmlərə əsaslansaq, heç nə bilməyəcəyik, əksinə, çaşqınlığımız daha da artacaq.

Halbuki Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da erməni tərəfinin də itkiləri olduğunu açıqlayıb. Parlamentin xarici əlaqələr komitəsinin sədri Eduard Ağacanyan həmin gün bunu demişdi: “Təsdiq edilməmiş məlumatlara görə, 15 qurbanımız və 7 əsirimiz var”.

Onun dediklərini Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” media orqanı da təsdiqləyib: “Atışma nəticəsində erməni tərəfinin qurbanları və yaralıları var”.

Bundan sonra Ermənistan Müdafiə Nazirliyi bir neçə əsir və 20-dən çox itkin düşdüyü barədə məlumat verib. Müdafiə Nazirliyinin məlumatına görə, onların taleyi məlum deyil. Təəssüflər olsun ki, itkin düşən 24 hərbçinin taleyinin əslində necə olduğunu təxmin etmək olar, amma fakt budur ki, rəsmilərin verdiyi məlumatlar ziddiyyətlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər