26 Noyabr 2021 17:01
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 24-25-də Ermənistan-Rusiya birgə hərbi təlimi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Təlim atəş hücumu zamanı əla nəticələr göstərən piyadaların döyüş maşınları və aviasiyanın iştirakı ilə həyata keçirilib”, – deyə məlumatda bildirilir.

Birgə təlimin keçirildiyi yer dəqiqləşdirilməyib.


Müəllif: Səxavət