Ermənistanın Sünik (Zəngəzur) rayonunun Tatev-Aqvani-Qafan hissəsində yük avtomobillərinin keçməsi çətinləşib.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yolun Verin Xotanan kəndi yaxınlığındakı hissəsindən keçmək olduqca çətinləşib.
Qeyd edək ki, Tatev yolu həm də İran-Ermənistan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə alternativ kimi istifadə olunur.