Ermənistan silahlı qüvvələrinin hərbi hissələrinin birində sıravi hərbi qulluqçu 2003-cü il təvəllüdlü Movses Aramaisoviç Tadevosyan öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hadisə dekabrın 31-i saat 10:50 radələrində Vayots Dzor bölgəsində yerləşən N saylı hərbi hissədə baş verib. Baş nahiyəsindən yara olan əsgərin meyiti tapılıb.
O, xəstəxanaya aparılarkən dünyasını dəyişib. Keçirilən əməliyyat tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Tadevosyanın həmkarı saxlanılıb.
“Hadisənin bütün hallarının aydınlaşdırılması üçün araşdırma aparılır”, - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.