Ermənistan omikron ştammına iki yoluxma aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəz məlumat yayıb.
Məlumatda qeyd edilib ki, COVID-19-a yoluxan şəxslər Ermənistana gəldikdən sonra epidemioloji müayinədən keçiblər və onların omikron ştammına yoluxduğu üzə çıxıb.
"Hər ikisi ev şəraitində müalicə alır", - Mərkəz bildirib.
Qeyd edək ki, Ermənistanda bugünədək koronavirusa 345 713 yoluxma faktı qeydə alınıb, 7 999 nəfər infeksiyadan ölüb.