14 Yanvar 2022 12:01
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın KTMT çərçivəsində Qazaxıstana göndərdiyi sülhməramlıları ölkələrinə uçublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Qazaxıstanda sosial əhəmiyyətli obyektlərin mühafizəsi üzrə tapşırıqları yerinə yetirən KTMT sülhməramlı qüvvələrinin Ermənistan bölmələrinin şəxsi heyəti və texnikası Rusiyanın hərbi-nəqliyyat aviasiyasının təyyarəsinə yüklənməni başa çatdırıb.

Təyyarənin Almatı hava limanından Rusiyaya uçduğu bildirilib.

Ermənistan, Belarus və Tacikistan sülhməramlılarının vətənlərinə qayıtmasına Rusiya Aerokosmik Qüvvələrinin “İl-76” hərbi-nəqliyyat təyyarələri cəlb olunub. Qırğızıstan sülhməramlıları daimi dislokasiya yerlərinə özləri gedəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu