5 May 2022 17:11
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələlik Ermənistan və Azərbaycan anklavlar məsələsini müzakirə etməyiblər”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, müxalifətin Ermənistanın anklavlarının Azərbaycana verilməsi təhlükəsinin olması ilə bağlı iddiaları əsassızdır, bunun reallıqla heç bir əlaqəsi yoxdur:

“Bu günə qədər anklavlarla bağlı məsələ qaldırılmayıb. Hər iki tərəfdə anklav var, bunların əraziləri demək olar ki, bərabərdir, hər iki tərəf bu məsələni hələlik müzakirə etməyib.

Ümidimiz və mümkün həll yolu ondan ibarətdir ki, Ermənistanın anklavı Azərbaycana, Azərbaycanın Ermənistan ərazisində olan anklavları Ermənistana qalsın. Əlbəttə, belə bir sual da var: bu anklavlar necə yaranıb? Biz bu məsələni araşdırmaqda davam edirik, amma bu, uzunmüddətli məsələdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər