12 May 2022 18:13
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuk və xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşündə regional rabitə, avtomobil və dəmir yolu kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində görülən işləri yüksək qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, N.Paşinyan deyib:

“Siz bu mövzunun bizim üçün nə qədər vacib olduğunu bilirsiniz, çünki biz konkret həll yolları ilə çıxış etdikdə bu, regionda təkcə iqtisadi deyil, həm də siyasi, psixoloji və təhlükəsizlik baxımından vəziyyəti dəyişəcək. Siz bizim konkret və müsbət nəticə əldə etməkdə nə qədər maraqlı olduğumuzu bilirsiniz. İşimizi intensiv şəkildə davam etdiririk. Moskvaya rəsmi səfərim zamanı bu, Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunan əsas mövzulardan biri idi. Və mən çox şadam ki, bu baxımdan biz ümumi yanaşmalarımızı, ümumi mövqelərimizi müəyyənləşdirmişik”, – Nikol Paşinyan bildirib.

O bildirib ki, konkret və effektiv həll yollarının olması üçün bütün hüquqi və prosedur məsələlər öz həllini tapmalıdır.

Aleksey Overçuk üçtərəfli işçi qrupun işinə toxunaraq bildirib ki, kommunikasiyaların açılması ilə bağlı məsələlərin həlli üçün Mher Qriqoryan və Şahin Mustafayevlə hər cür dəstək göstərirlər.

“Biz Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının yaradılması ilə bağlı qiymətləndirmələrinizi bütövlükdə və tam bölüşürük. Həqiqətən də bu baş verdikdə, regionun bütün nəqliyyat konfiqurasiyası tamamilə dəyişəcək. Ermənistan iqtisadiyyatının inkişafı və əlavə impuls alması üçün həqiqətən yeni imkanlar açılacaq və bununla bağlı Ermənistanın rolu əhəmiyyətli dərəcədə artacaq”, - Overçuk bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər