8 Avqust 2022 19:38
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ermənistandakı Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti İranla sərhəddə yerləşən Meğri-Aqarak magistral yolu boyunca nəzarətin gücləndirilməsinin səbəbinə aydınlıq gətirilib.

Teleqraf.com “News.am” istinadən xəbər verir ki, Ermənistanın Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, İranla sərhəddə yerləşən Meğri-Aqarak magistral yolu boyunca nəzarətin gücləndirilməsi narkotik daşınması ilə əlqədardır.

"Ağır narkotik vasitələrin daşınması ilə əlaqədar Ermənistan Respublikası və İran İslam Respublikası dövlət sərhədi boyunca Meğri-Agarak (M2) avtomobil yolunda nəzarət gücləndirilib. İrandan Ermənistan Respublikasına psixoaktiv maddələrin (həşiş, metamfetamin, heroin) qeyri-qanuni gətirilməsi cəhdləri artıb. Bu da Ermənistan-İran dövlət sərhədi hissəsində gərgin əməliyyat şəraiti yaradılıb. Bundan başqa, ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən dövlət sərhədinin pozulması halları da var. Belə ki, 2021-ci ildə Rusiya sərhədçiləri Meğri sərhəd dəstəsində silah, qumbara və külli miqdarda sursat olan iki sərhəd pozucusunu saxlayıblar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər