3 Sentyabr 2022 18:05
1 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan Dövlət Universitetinin rektoru Ovanis Ovannisyan Təbriz Dövlət Universitetinin rektoru Səfər Nəsrullah Zadə ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə iki universitet arasında əməkdaşlığın qurulması istiqamətində addımlar və qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

İranlı rektorla görüşün nəticəsi olaraq, iki universitet arasında tələbə və mütəxəssis mübadiləsi proqramlarının, birgə elmi-tədqiqat layihələrinin, müxtəlif akademik və mədəni təşəbbüslərin həyata keçirilməsinə dair razılığa gəlinib.

Bundan əlavə, Təbriz Dövlət Universitetində ermənişünaslıq kafedrasının yaradılması ilə bağlı ilkin razılıq əldə olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər