"Bu gün bir sual qaldırıldı: Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirərək sanksiyalara məruz qalmaqdan qorxmursunuz? Biz qeyri-qanuni heç bir iş görmürük, gizli heç nə etmirik. Biz səriştəli hərəkət etməliyik ki, bu münasibətlərin inkişafı problemlərə gətirib çıxarmasın. Sanksiyaya düşməmək təkcə Ermənistan deyil, Rusiya da Ermənistanın sanksiyalara məruz qalmamasını istəməlidir. Mən əmin deyiləm ki, bizə sanksiya tətbiq edilməyəcək".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu Vladivostokda erməni icması ilə görüşündə deyib.
Onun sözlərinə görə, Ermənistan sanksiyalara məruz qalsa, Rusiya da bundan əziyyət çəkəcək: "Ona görə də deyirik: gəlin qardaşcasına hərəkət edək ki, bu böhran bizim üçün fürsətə çevrilsin”.
Ermənistan və Rusiyanın hərbi-strateji tərəfdaş olduğunu deyən Paşinyan münasibətlərin davam etdiriləcəyini bildirib.
"Biz Avrasiya İttifaqından çıxıb Avropa İttifaqına daxil olacağımızı bəyan edirik? KTMT-dən çıxıb NATO-ya daxil olacağımızı bəyan edirik? MDB-dən çıxıb harasa girəcəyimizi elan edirik? Bizim niyyətimizdə belə bir şey yoxdur və bununla da məsələ bağlanıb. Amma bu o demək deyil ki, bizim Aİ və ABŞ, İran, Hindistan və Çinlə münasibətlərimiz olmamalıdır. Bəli, biz indi Türkiyə və Azərbaycanla münasibətləri tənzimləməyə çalışırıq”.