Bu gün Avropa İttifaqı müşahidəçilərindən ibarət qrup Ermənistanın paytaxtı Yerevana gedib.
Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında yazıb.
O, qeyd edib ki, 27 üzv dövlət Ermənistanın sorğusuna cavab vermək üçün sürətlə hərəkətə keçib. Klaarın sözlərinə görə, Avropa İttifaqının məqsədi vəziyyətə nəzarət etmək və sərhəddə Ermənistan-Azərbaycan münasibətlərinin sabitləşməsinə dəstəkdən ibarətdir.
Today advance team of monitors arrives in Yerevan. The 27 Member States have acted rapidly to respond to request. The aim of the deployment will be to monitor the situation and support stabilisation on the ground. pic.twitter.com/xE53xfLTUo
— Toivo Klaar (@ToivoKlaar) October 14, 2022