20 Oktyabr 2022 23:56
3 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz görürük ki, üçüncü ölkələr, hətta bəzən bizim üçün gözlənilməz olan üçüncü dövlətlər yol məsələsində (Zəngəzur dəhlizi - red) Azərbaycanı dəstəkləyirlər".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 20-də İranın xarici işlər naziri ilə keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, 10 noyabr bəyanatında və digər sənədlərdə nəqliyyat və iqtisadi infrastrukturların açılmasının vacibliyi vurğulanır: "Bu sənədlərdə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyat əlaqələrinin yaradılması da qeyd olunur. Biz dəfələrlə bildirmişik ki, Azərbaycanın sərnişin daşımaları və yük daşımaları üçün yollar açmağa, açılan infrastrukturun ölkələrin suverenliyi altında qalmalıdır. Biz bunu təsdiqləməyə hazırıq. Naxçıvandan Azərbaycanın əsas hissəsinə gedən yoldan üçüncü ölkə vətəndaşları da keçə bilərlər. İnanırıq ki, bu məsələdə daha müasir həll yolları ola bilər. Amma əsas tələb odur ki, yol bizim suverenliyimizdə qalsın və qanunvericiliyimizə uyğun fəaliyyət göstərsin”.

Ararat Mirzoyan mətbuat konfransında qeyd edib ki, Türkiyə Naxçıvana dəhlizin açılmasında Azərbaycandan daha maraqlı görünür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər