“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin və “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyanın Ermənistana girişi qadağan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Marqarita Simonyan özünün teleqram kanalında yazıb.
"Uzun illər Ermənistanın qatı himayədarı olan Konstantin Zatulinin və mənim Ermənistana girişimiz ölkənin hazırkı lideri tərəfindən qadağan edilib", - deyə o bildirib.