Ermənistanın hakim partiyasının yeni İdarə Heyətinə Soros Fondunun üzvləri daxil edilməyib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Soros xəttində olan erməni hakimiyyətinin təmsilçiləri kifayət qədər səs toplaya bilməyiblər.
Bu qanadda hesab edirlər ki, içəridə onlara qarşı “xüsusi əməliyyat” aparılıb.
“Hraparak” qəzeti mövzunu inkişaf etdirərək bildirir ki, onlar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın seçilməməsini hörmətsizlik hesab edirlər.
Soros üzvləri Arpi Davoyan və Vaaqn Aleksanyanın İdarə Heyətinə daxil olmasını, Qriqoryanın isə kənarda qalmasını təhqiramiz sayır. Bu cinahdan Arsen Torosyan, Mariya Karapetyan, Lena Nazaryan da İdarə Heyətinə düşə bilməyib.
Xatırladaq ki, Nikol Paşinyan komandasının əsas üzvləri Qərb ölkələrinə, xüsusilə Soros Fonduna bağlı şəxslər kimi xarakterizə olunur. İndi onların hakim partiyanın İdarə Heyətinə seçilməməsi Ermənistanda bu cinahın vurulması kimi təqdim edilir.