15 Noyabr 2022 19:49
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan “Hayastan” müxalifət fraksiyasının üç deputatının, o cümlədən Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın həbsini istisna etməyib.

Teleqraf.com xəbər verir ki, belə bir ssenarinin olma ehtimalı ilə bağlı sualı cavablandıran Simonyan vurğulayıb ki, onun heç bir rəsmi məlumatı yoxdur.

Eyni zamanda siyasətçi bu ehtimalı da etiraf edib:

“İstisna etmirəm ki, vaxtilə qanunla problem yaşayan və parlament mandatının onları qoruya biləcəyinə inanan insanlar indi bunun əksinə əmin olacaqlar”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər