22 Noyabr 2022 12:40
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Sünik vilayətinin (Zəngəzur – red.) keçmiş qubernatoru Surik Xaçaturyanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğu İrəvanın təxminən bir ay əvvəl Parisdən rədd cavabı aldığını açıqlayıb.

Beş ay əvvəl Fransa Xarici İşlər Nazirliyi də öz açıqlamasında bildirib ki, ölkənin məhkəmə orqanları rəsmi İrəvanın Xaçaturyanın ekstradisiyasına dair ərizəsinə mənfi rəy verib. Ermənistan Baş Prokurorluğu Fransa məhkəmə orqanlarının rəyində hansı məqamlardan bəhs olunduğu barədə ətraflı məlumat yoxdur.

“Transparency İnternational” təşkilatının hüquqi məsələlər üzrə eksperti Hayk Martirosyanın fikrincə, imtina qərarının hüquqi mənası ilə yanaşı, siyasi anlamı da ola bilər.

Ekspert Fransanın Ermənistanın siyasətindən narazı olduğunu istisna etməyib: “Onlar risk görürlər. Bunun ciddi nəticələri ola bilər, eləcə də prosesin sırf qanuni olduğuna əmin deyillər və siyasi kontekst görürlər”.

Serj Sərkisyanın hakimiyyəti dövründə bir çox qalmaqallı cinayətkar əməlləri ilə tanınan Xaçaturyan 2019-cu ildən axtarışdadır. O, ölkəsində vəzifə saxtakarlığında, mənimsəmədə və korrupsiyada ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər