28 Noyabr 2022 17:01
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hindistan Ermənistanla əməkdaşlığı daha da dərinləşdirməlidir”.

Teleqraf.com xəbər verir ki, bu barədə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə keçirilən konfransla bağlı Hindistan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.

“Ölkələr arasında münasibətlərin dərinləşməsi Hindistanın xarici işlər nazirinin 2021-ci ildə Ermənistana ilk səfəri ilə əlamətdar olub. İnvestisiyaların cəlb edilməsi istiqamətində çalışmalıyıq. Baş tutan konfrans Ermənistan və Hindistan arasında əlaqələrin inkişafına və iki xalq arasında çoxəsrlik qarşılıqlı əlaqələrin dərinləşməsi üçün əsasların yaradılmasına imkan yaradır. Qədim köklərə malik erməni mədəni irsi Hindistanda diqqətlə qorunur”, - XİN-in açıqlamasında bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər