13 Dekabr 2022 13:45
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Paşinyan komandası ilə Qərbin kəşfiyyat xidmətləri arasında əlaqələndirici funksiya yerinə yetirib”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert Ermənistan hakimiyyətinin xarici kəşfiyyat xidməti yaratmaq üçün hərəkətə keçdiyini bildirib:

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londonda Britaniyanın MI6 xarici kəşfiyyatının rəhbəri Riçard Murla “təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri”ni müzakirə edib. Danışıqlar zamanı, xüsusən, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaradılmasında və şəxsi heyətinin formalaşmasında, habelə tərəfdaş əməkdaşlıq kanalının yaradılmasında lazımi yardımın göstərilməsində MI6-nın iştirakı məsələsi müzakirə olunub.

Hazırda Ermənistanda ayrıca kəşfiyyat xidməti yoxdur. Ermənistanın milli təhlükəsizlik orqanları haqqında qanun və mövcud qanunvericiliklə verilmiş səlahiyyətlər çərçivəsində kəşfiyyat funksiyalarını Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) müvafiq struktur bölməsi tərəfindən həyata keçirilir.

Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyi sistemində hərbi və hərbi-siyasi sahədə müvafiq missiyanı həyata keçirən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsi fəaliyyət göstərir”.

Korotçenko Qriqoryanın Soros Fondu ilə əlaqədə olduğunu söyləyib:

“Armen Qriqoryan 2018-ci ilə qədər “Transparency International” qeyri-hökumət təşkilatının Ermənistan bölməsinin seçki proqramları layihələrinin rəhbəri olub, eləcə də Soros Fonduna bağlı qurumlarla yaxın əlaqədə və Paşinyan komandası ilə Qərbin kəşfiyyat xidmətləri arasında əlaqələndirici funksiya yerinə yetirməkdə ittiham edilib.

Armen Qriqoryanın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə də şəxsi əlaqəsi var. Ermənistanın bütün hakim komandasında genişmiqyaslı islahatlar fonunda yüksək rütbəli amerikalı emissarların İrəvana səfərləri tez-tez baş verir.

Soros Fondu Rusiya Baş Prokurorluğunun qərarına əsasən Rusiyada “arzuolunmaz təşkilat” kimi tanınıb, “Transparency International”ın Rusiya bölməsi isə QHT-lərin “xarici agentlər reyestri”nə daxil edilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər