9 Fevral 2023 13:27
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropada Ermənistana səbrsiz baxmağa başlayıblar, bu, təkcə Avropaya deyil, ABŞ-a da aiddir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin bu gün keçirilən iclasında Daşnaksütyun partiyasının üzvü, deputat Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, Ermənistanla Rusiya arasında münasibətlər heç vaxt bu qədər gərgin olmayıb: "Bunu hətta indiki hakimiyyət də gizlətmir. Rusiya xarici işlər naziri Sergey Lavrovun son bəyanatı bunun əyani təsdiqidir. KTMT ilə problemlərin yarandığı, Rusiya Federasiyası ilə münasibətlərin isə şokolad kimi gözəl və iştahaçan olması ilə bağlı illüziya yaratmağa ehtiyac yoxdur".


Müəllif: Nemət

Oxşar xəbərlər