“Bu gün Ararat Mirzoyanla Ankaranı ziyarət etdik və Türkiyə xarici işlər naziri ilə görüşdük. Ortaq səylərlə bir hissəsi Ermənistan, bir hissəsi Türkiyə ərazisində yerləşən İpək Yolu (Ani) körpüsünün bərpası barədə razılaşdıq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.
O, iki ölkənin sərhədində yerləşən Marqara körpüsünün normal vəziyyətdə olduğunu da qeyd edib.
Xüsusi nümayəndə Türkiyə və Ermənistan arasında gözlənilən futbol matçı ilə bağlı rəsmi şəxslərin qarşılıqlı səfərinin hələ gözlənilmədiyini də vurğulayıb.