"Biz ikitərəfli münasibətlərin bəzi məsələlərini müzakirə etdik və konkret razılaşmalar oldu".
Teleqraf.com xəbər verir ki, bunu hökumətin iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfərinə istinadən bəyan edib.
O qeyd edib ki, Türkiyə tərəfi erməni xilasedicilərin əməyini, eləcə də humanitar yardımı yüksək qiymətləndirib: “Hesab edirəm ki, bu, bizim tərəfimizdən mühüm humanitar addım idi”.
Mirzoyan əlavə edib ki, sərhədin nəhayət açılması üçün dialoqu və gedən prosesləri sürətləndirmək qərarı var: "Ani körpüsünün bərpası üçün birlikdə çalışacağımız elan edildi. Həmçinin turizm mövsümü başlamazdan əvvəl Ermənistan-Türkiyə sərhədi boyunca üçüncü ölkə vətəndaşları üçün maneəsiz gediş-gəlişin yaradılması nəzərdə tutulur”.