27 Fevral 2023 21:28
1 832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistandakı mövqeyini sürətlə itirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşrin iddiasına görə, Qərb Ermənistanda bütün istiqamətlər üzrə Rusiyanı üstələməyə başlayıb:

“İrəvan Dövlət Universitetinin Sosiologiya fakültəsi cəmiyyətin hansı yönümlü olduğunu, Qərb və ya Rusiya vektoruna necə yanaşdığını öyrənmək üçün ictimaiyyət arasında sorğular keçirib. Həmin sorğuların nəticələrini rəsmi kanal vasitəsilə öyrənməyə çalışsaq da, professor-müəllim heyəti yaxın vaxtlarda ictimaiyyətə açıqlayacaqlarını deyərək imtina etdilər.

Nəticələrlə tanış olan mənbəmiz deyir ki, sorğunun nəticələrinə əsasən, rusiyapərəstlik taxtdan düşüb. Genişmiqyaslı araşdırmada Rusiyanın öz yerini Qərbə verdiyi məlum olur. Qərb oriyentasiyasının tərəfdarları xeyli artıb və Rusiya ilə dostluq və əməkdaşlıq şüuru Qərblə münasibətlərdən xeyli dərəcədə aşağı səviyyədədir.

Hətta Rusiyanın rolunun açıq-aşkar böyük və iqtisadiyyatının əsaslı şəkildə Rusiya iqtisadiyyatı ilə bağlı olduğu Ermənistanın iqtisadi marağı və iqtisadi əməkdaşlığı məsələsində də vətəndaşlarımız Qərblə münasibətləri Rusiyadan üstün tuturlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər