16 Mart 2023 20:12
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə naziri Suren Papikyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Ermənistanın Azərbaycanla sərhəd bölgəsindəki vəziyyəti müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistanın Azərbaycanla sərhəd bölgəsindəki vəziyyəti və Ermənistan ətrafındakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər”, - məlumatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər