Ümid edirik ki, kimin hara gedəcəyi mövzusunda zərərli müzakirələr dayanacaq, KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün məsələləri, o cümlədən təşkilatın Ermənistanda müşahidə missiyasının yerləşdirilməsi məsələsi öndə olacaq. Məsələlər konstruktiv və qarşılıqlı fayda şəklində həll olunmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“KTMT-də mövcud qarşılıqlı fəaliyyət formatları çərçivəsində Daimi Şuranın iclaslarından tutmuş, təşkilatın ali orqanı Kollektiv Təhlükəsizlik Şurasına qədər erməni tərəfinin bütün narahatlığını açıq şəkildə müzakirə edirik. Öz tərəfimizdən Ermənistanın təhlükəsizliyinin təmin edilməsi maraqları, habelə KTMT-nin Kollektiv Təhlükəsizlik Layihəsində nəzərdə tutulan dəstək proqramları çərçivəsində Ermənistan-Azərbaycan sərhədində KTMT missiyasını yerləşdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirik. Biz buna Ermənistanın özü qədər hazırıq”, - Rusiya rəsmisi bildirib.