11 May 2023 13:06
3 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan cəmiyyəti nifrət içində yaşayır, bu qəbuledilməzdir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni aktyor Qrant Toxatyan deyib.

Ermənistanın 44 günlük müharibədə Azərbaycana məğlub olmasından sonra ölkəsində yaranmış duruma münasibət bildirən aktyor qeyd edib:

“Hər dəfə düşünürük ki, indiki hakimiyyət ən pisidir, getsə, bütün məsələlər həll olunacaq, amma bunu deyə bilmərəm. Bəli, bu hakimiyyətin səhvləri çoxdur, amma birmənalı olaraq demək olmaz ki, bu hökumət gedəcək, yeni hökumət gələcək və bütün məsələlər həll olunacaq.

Heç vaxt sakit dövrümüz olmayıb. Ermənistanın inkişafına həmişə nəsə mane olub. 90-cı illərdən Ermənistan bəlanın içindədir”.

Toxatyan erməni cəmiyyətinin parçalanmasına da diqqət çəkib:

“Cəmiyyətimiz heç vaxt homogen olmayıb, amma bu gün isə dəhşətlidir. Ağ-qara bölgüsü, keçmiş-indiki fərqlər ortaya atıldı, nəticədə nifrət mühitində yaşamağa başladıq, bu qəbuledilməzdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər